Cüzeppe Tornatore

Cüzeppe Tornatore

Rejissor, ssenarist

BİOQRAFİYA

Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada (İtaliya) Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olub. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda (İtaliya) keçirilən festivalda mükafat qazanır. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kamorrist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi. "Kamorrist" filmi tamaşaçılar və kino tənqidçiləri tərəfindən yüksək səviyyədə qəbul olunur. Eləcə də bu film ən yaxşı rejissor işinə görə İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatına layiq görülür. 1988-ci ildə onun "Yeni kinoteatr "Paradiso"" filmi ekranlara çıxır. Ekranlara çıxdığı gündən bu film böyük sensasiya səbəb olur və bir çox mükafatlar qazanır. Bu film hətta "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülür. Bu film Tornatoreyə dünya şöhrəti qazandırır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/C%C3%BCzeppe_Tornato...

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç