Fil Hartmen

Fil Hartmen

Aktyor, ssenarist

BİOQRAFİYA
Fil Hartmen 24 sentyabr 1948-ci ildə Kanadada Rupert və Doris Hartmenın ailəsində anadan olub. O, “Redondo Union High School” və “Cal State Northridge” orta məktəbini bitirib. ABŞ vətəndaşlığını 90-cı illərin əvvəllərində alıb. Amerikada “Saturday Night Live” komediyasındakı çıxışı ilə tanınır. Aktyora dünya şöhrətini “Simpsonlar”da səsləndirdiyi obrazdan sonra qazanıb. 28 may 1998-ci ildə Fil Hartmen evində arvadı Brinn tərəfindən güllələnib. Kokainin və içkinin təsiri altında olan Brinn uşaqları evdə tək qoyur və dostu Ronni Duqlasın evinə gedərək ona baş verən hadisəni danışır. Əvvəlcə ona inanmayan Ronni, Brinni də götürüb evə gedir və Filin yerdə yatan cəsədini görüb polisə zəng vurur. Hadisə yerinə gələn polislər ilk növbədə evdən uşaqları və Ronni Duqlası evakuasiya ediblər. Onlar balaca qızı evdən çıxaranda atəş səsi eşidirlər. Brinn özünü güllələyir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Phil_Hartman

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç