Siera Bravo

Siera Bravo

Aktrisa

BİOQRAFİYA
Siera Kuinn Bravo - amerikalı aktrisa və modeldir. 18 mart 1997-ci ildə Kentukki ştatının Aleksandriya şəhərində dünyaya göz açıb. Rikel adlı böyük bacısı və Cekson adlı əkiz qardaşı var. 9 yaşında olanda bir sıra model şoularında, o cümlədən "Mike Beaty Model" və "Talent Expo" şoularında iştirak edib. Sonuncuda çıxış edərkən  "Management 101" agentliyindən olan Brayan Leder və Frederik Levay onunla maraqlanmağa başlayıb və beləliklə, onun reklam biznesinə, daha sonra isə şou-biznesə qapıları açılıb. 2009-cu ildə bir sıra qısametrajlı filmlərə çəkilib. 2009-cu ildə "Uğura doğru irəli" teleserialında Keti Nayt rolunu oynayıb. Serial "Nickelodeon" adlı uşaq telekanalında yayımlanıb. 2021-ci ildə "Kişilik məktəbi" (Cherry) adlı kriminal dramda baş qadın rolunu oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Ciara_Bravo
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç