Coş Pek

Coş Pek

Aktyor

BİOQRAFİYA

Coşua Maykl Pek 10 noyabr 1986-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Ona şöhrət gətirən rol “Dreyk və Coş” teleserialında Coş rolu olub. Karyerasına uşaqlıq illərindən başlayıb. 90-cı illərdə “Amanda şou” serialında oynadığı rolla tanınmağa başlayıb. Həmin vaxtdan bəri “Sağ qalma məktəbi”, “Dəlilik”, “Qaçaqlar” filmlərində müxtəlif dərəcəli rollar alıb. "Professional Performing Arts School" aktyorluq məktəbində oxuyub. Doğulduğu vaxt valideynləri nikahda olmayıb. Doğma atasını heç vaxt görməyib. Yəhudi ailəsində böyüyüb. Biznes hazırlığı üzrə müəllim anası və ana nənəsi tərəfindən tərbiyə olunub. Yetkinlik yaşına çatdıqdan sonra bar-mitsva mərasimindən keçib. Erkən uşaqlıq illərindən astmadan əziyyət çəkib. Buna görə tez-tez dərslərini buraxmalı olub. Evdə boş-bekar olanda televizor qarşısında əyləşib köhnə komediyaları seyr etməyi xoşlayıb. Məhz bundan ilhamlanaraq yeniyetməlik illərində stend-ap komediya şoularında iştirak etməyə başlayıb. 2017-ci ildə köhnə rəfiqəsi Peyc Obrayenlə ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D0%BA,_%D0%94%D0%B6%D0%BE%D1%88

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç