Maykl Klark Dunkan
Aktyor
Maykl Klark Dunkan 10 dekabr 1957-ci ildə Çikaqo şəhərində (İllinoys ştatı, ABŞ) anadan olub. Mayklı və bacısı Cudini anaları Cin Dunkan tərbiyə edib. Anasının xəstəliyinə görə Dunkan universitetdəki təhsilini yarımçıq qoyub ailəsinə baxıb. Cüssəli bədən quruluşuna malik olduğu üçün o (boyu 196 sm, çəkisi isə 142 kq), Çikaqo klublarının birində mühafizəçi, sonradan isə Los-Ancelesdə cangüdən işləyib. Həmçinin Dunkan Braziliya ciu-citsu ilə məşğul idi. İlk çəkildiyi böyük filmi isə 1998-ci ildə ekranlaşmış “Armageddon” fantastik filmi idi. Çəkiliş vaxtı o, Brüs Uillislə tanış olur və bu tanışlıq ona gələcəkdə “Yaşıl mil” filmində Con Koffi rolunu gətirir. Bu filmdə yaratdığı obraza görə “Qızıl Qlobus” və “Oskar” nominasiyasına layiq görülüb. Bunun ardınca o başqa filmlərdə ("Doqquz yard", "Meymunlar planeti", "Əqrəblər padşahı”) də oynayır. Dunkan həmçinin “Ayı balası” adlı animasiya filmində də, kompüter oyunlarında The Suffering: Ties That Bind, Soldier of Fortune и God of War II daxil olmaqla səsləndirmə aktyoru kimi çıxış edib. 2005-ci ildə o “Günahlar şəhəri” filmində Menyut rolunu oynayıb. O, həmçinin “Kunq-Fu-Panda” daki Vahir obrazını səsləndirir. 2009-cu ildə aktyor vegeterian obrazlı həyat tərzini seçir və bunu öz sağlamlığı üçün müsbət addım hesab edir. 2012-ci ilin 12 iyulundan 13-nə keçən gecə isə Maykl Dunkan ürək tutması keçirir və ürəyi dayanır. Dunkanın sevgilisi təcili yardım çağıraraq bütün zəruri reanimasiya proseslərini görüb onun həyatını xilas edir. 2012-ci il sentyabrın 3-də ciddi ürək tutmasından sonra səhhəti bərpa olunmayan 55 yaşlı Dunkan dünyasını dəyişir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michael_Clarke_Dunca...