Ceyms Folkner
Aktyor
Ceyms Sebastyan Folkner 18 iyul 1948-ci ildən Londonun şəhərətrafı Hampsted qəsəbəsində anadan olub. Televiziya və kino layihələrində daha çox ikinci dərəcəli rollarla, xüsusilə oynadığı mənfi obrazlarla yadda qalıb. Ən məşhur rollarından biri “Da Vinçi şeytanları” teleserialında IV Sikst roludur. Onun aktyor debütü 1972-ci ildə “Böyük Vals” filmində bəstəkar Yosef Ştraus rolu ilə gerçəkləşib. Bundan başqa “Bricit Consun gündəliyi” filmlərində Coffrinin əmisi, “Agent Kodi Benks 2: Təyinat nöqtəsi – London” filmində Dunkan Kentvort rolunu oynayıb. 2016-cı ildə HBO–nun ən populyar serialı olan “Taxt oyunları”nın 6-cı mövsümündə Semvel Tarlinin atası Rendil Tarli roluna dəvət alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/James_Faulkner_(actor)