Riçard Uolli Entoni Körtis 8 noyabr 1956-cı ildə Vellinqtonda (Yeni Zelandiya) dünyaya gəlib. R.Körtis "Dördüncü toy və cənazə", "Nottinq Hill", "Bricet Consun gündəliyi", "Sevgi" və sair romantik komediya filmləri, "Blackadder", "Bean" və "The Vicar Dible" kimi gəlirli filmlərin rejissoru və ssenaristi olub. 2007-ci ildə BAFTA mükafatına layiq görülüb. İngilis Film Akademiyasının ən böyük mükafatını qazanıb. 2008-ci ildə "The Telegraph"ın "İngilis mədəniyyətində 100 ən yaxşı rejissor" siyahısında 12-ci sırada yer alır. Riçard Körtis ilk böyük uğurunu 1994-cü ildə lentə aldığı “Dörd toy və davamlı dəfn mərasimləri” romantik komediyası ilə əldə edib. Həmin filmə Hyu Qrant və Endi MakDauell kimi ulduzlar çəkilib. Körtis ən yaxşı süjet nominasiyasında “Oskar” mükafatına namizəd olub. Növbəti uğurlu filmi 1999-cu ildə ekranlara çıxmış “Nottinq hill” romantik komediyası olur. Baş rola Hyu Qrant və Culiya Roberts çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ri%C3%A7ard_Kyortis