Zəkəriyyə Ələvi

Zəkəriyyə Ələvi

Prodüser

BİOQRAFİYA

Zəkəriyyə Ələvi mərakeşli kinoprodüser və "Zak Productions" kino şirkətinin təsisçisi və sahibidir. İngilis dili filologiyası və hüquqşünaslıq üzrə bakalavr dərəcəsinə malikdir. Fəaliyyətinə Mərakeş Kinematoqrafiya Mərkəzində başlayıb. Gələcəkdə şəxsi prodakşn şirkətini qurmaq və xarici kino şirkətləri rəngarəng mədəniyyətə və landşaftlara malik Mərakeşə cəlb etmək məqsədilə orada bütün lazımı təcrübəni toplayıb. 1986-cı ildə Dastin Hoffmanın baş rolda oynadığı “İştar” macəra filminə prodüserlik edib. Bu onun debüt işi hesab olunur. 30 ildən çox olan karyerası ərzində 90-dan çox xarici bədii filmə prodüserlik edib. Onun yaratdığı "Zak Productions" şirkətinin xətti ilə “Amerikalı snayper” (rejissor – Klint İstvud) və “Bornun ultimatumu” (rejissor – Pol Qrinqrass) kimi blokbasterlərin prodüseri olub. Mərakeş kinosuna verdiyi töhfələrə görə 2014-cü ildə Mərakeş Beynəlxalq Kinofestivalının fəxri mükafatı ilə təltif olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.zakproduction.com/zakaria-alaoui

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç