Sissi Speysek
Aktrisa, müğənni
Sissi Speysek 1976-cı ildə Stiven Kinqin romanı əsasında rejissor Brayan de Palmanın “Kerri” qorxu kult filmindəki rolu ilə daha çox məşhurlaşıb. Baş rolu ifa edən aktrisa ilk dəfə “Oskar” mükafatına namizəd olub və Avoriazda V Beynəlxalq fantastik film festivalında xüsusi xatirəyə layiq görülüb. Sissi 1970-1980-cı illərdə Robert Oltmen, Kosta-Qavras, Oliver Stoun, Devid Linç kimi məşhur rejissorların filmlərində çəkilib. 1981-ci ildə “Şaxtaçının qızı” filmində kantri-müğənni Loretta Linn rolunu ifa etdiyinə görə “Oskar” və “Qızıl Qlobus” mükafatına layiq görülüb. Bundan başqa “İtkin düşmüş”, “Çay” və “Ürəyin cinayəti” filmində çəkilib. Axırıncı üç film “Oskar” mükafatına namizəd olub. 1990-cı ildən sonra aktrisa filmlərə daha gec-gec çəkilir. Buna səbəb özünü qızının tərbiyəsinə həsr etmək olub. Aktrisanın qızı anasının yolunu davam etdirir. 2002-ci ildə Speysek “Yataq otağında” psixoloji dramındakı roluna görə “Qızıl Qlobus” mükafatına sahib olub və altıncı dəfə “Oskar” mükafatına namizəd olub. 2005-ci ildə "Qırmızı çayın kabusu" filmində baş rolda çəkilib. Ən yaxşı qadın rolu nominasiyasında altı dəfə (1977, 1981, 1983, 1985, 1987, 2002) namizəd olduğu “Oskar” mükafatının sahibidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sissy_Spacek