Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Zolingendə (Almaniya) anadan olub. Atası Salonik köçkünü (Yunanıstan), anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Nəşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib. 2008-2012-ci illərdə türkiyəli müğənni və aktyor Özcan Dənizlə sevgili olub. 2017-ci ilin 29 iyununda türkiyəli aktyor Burak Ecevitlə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/F%C9%99xriyy%C9%99_E...