Bill Nayi

Bill Nayi

Aktyor

BİOQRAFİYA

Bill Nayi 12 dekabr 1949-cu ildə London (İngitərə) yaxınlığındakı Katerhem qəsəbəsində anadan olub. 16 yaşı olanda şair olmaq arzusu ilə Parisə (Fransa) getsə də, arzusunu həyata keçirə bilmir. İngiltərəyə qayıtdıqdan sonra orta məktəb imtahanlarını verir. Fərqli yerlərdə, o cümlədən anasının işlədiyi ruhi xəstələr klinikasında işləyib. 1977-ci il martın 4-də London Milli Teatrında “İllüminatus” tamaşasında aktyor kimi debüt edib. Kinoda debüt edənə qədər Bill teatrda, radio-tamaşalarda və televiziya layihələrində çıxış edib.“Əsl sevgi”, “Kafedən qız”, “Gələcəkdən sevgili” filmlərində rejissor Riçard Körtislə əməkdaşlıq edib. Əsasən “Başqa dünya”, “Karib dənizinin quldurları”, “Şon adlı zombi”, “Harri Potter və ölüm vergisi: 1-ci hissə” filmləri ilə tanınır. “Qızıl Qlobus” və BAFTA mükafatlarına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bill_Nighy

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç