Kempbell Skott
Aktyor, rejissor, ssenarist, prodüser
Kempbell Ueylen Skott — amerikalı aktyor, rejissor, ssenarist və prodüserdir. Kempbell Skott 19 iyul 1961–ci ildə ABŞ-ın Nyu-York şəhərində aktyor Corc Kempbell Skott və aktrisa Kollin Düherstin ailəsində anadan olub. 1986–cı ildə kinoda debüt edib. İki dəfə “Azad ruh” mükafatına namizəd olub. 2002-ci ildə isə ABŞ Milli kino tənqidçilər Birliyinin mükafatına sahib olub. “Hamlet” (2000), “Böyük gecə” (1996), "Company Retreat" (2009) və sair filmlərin rejissoru olub. "Company Retreat" (2009) filminin ssenari müəllifi olub. “Yeni hörümçək adam” (2012), “Missis Parker” (1994), “Yenidən ölmək” (1991), Duma” (2005), filmlərində “Los Anceles qanunu” (1986-1994), “Toqquşma” (2007-2012), “Ailə bağları” (1982-1989) və sair seriallarda çəkilib. “Hamlet” (2000), “Qadınların sevimlisi” (2002), "Diş Həkimlərinin Gizli Həyatları" (2002), “Gündüz səyahətçiləri” (1996) və sair filmlərin prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82,_%D0%9A%D1%8D%D0%BC%D0%BF%D0%B1%D0%B5%D0%BB%D0%BB