Avi Arad

Avi Arad

Prodüser

BİOQRAFİYA

Avi Arad 1 avqust 1948-ci ildə Ramat-Qan şəhərində (İsrail) doğulub. Burada kollecə daxil olduqdan sonra Birləşmiş Ştatlara köçüb və Nyu-Yorkda Nofstrins universitetinə daxil olub. 1972-ci ildə idarəetmə üzrə bakalavr diplomu alıb. 4 iyun 2004-cü ildə Avi Arad ABŞ vətəndaşlığı alır və tamhüquqlu ABŞ vətəndaşı olur. 2006-ci ildə Avi Arad bütün vəzifələrindən, o cümlədən "Marvel Studios"un rəhbəri vəzifəsindən istefa verdiyini elan edir. O, özünün şəxsi kino şirkətini - “Avi Arad Productions”ı yaratmağı və bununla yanaşı, "Marvel Studios"la əməkdaşlığını davam etdirməyi planlaşdırırdı. Onun yeni şirkətinin ilk filmi “Brats” olur və uğursuzluqla nəticələnir. "Hörümçək Adam" (1994, 2002), “İnanılmaz Halk” (1996), “Bleyd” (1998), “Bleyd 2” (2002), “Kabus sürücü” (2007), “Hörümçək Adam 2” (2004), “Hörümçək Adam 3” (2007), “Yeni Hörümçək Adam” (2012) və sair filmlərin prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Avi_Arad

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç