Hayner Lauterbax

Hayner Lauterbax

Aktyor

BİOQRAFİYA

Hayner Lauterbax – almaniyalı aktyordur. 10 aprel 1953-cü ildə Köln şəhərində varlı biznesmenin ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Teatr məktəbinə daxil olub. 1970-ci illərdə, kinokaryerasının əvvəlində “Məktəblilər haqda hesabat” erotik trilogiyasına çəkilib. Sonralar “Derrik”, “Müfəttiş Kress” və “İkinəfərlik iş” seriallarında rol alıb. 1985-ci ildə Doris Derrinin “Kişilər” melodramında baş rola çəkilib. 2013-cü ildə Fyodor Bondarçukun “Stalinqrad” hərbi dramında fanatik polkovnik-leytenant obrazını yaradıb. Lauterbax eyni zamanda səsləndirmə və dublyaj aktyorudur. Kevin Kostner, Harvi Keytel, Con Malkoviç, Jerar Depardye, Riçard Gir, Kristofer Riv və Cek Nikolson Almaniyada kinolarda onun dili ilə danışır. 1985-ci ildə həmkarı Katya Flintlə ailə qurub. Üç ildən sonra onların oğlu dünyaya gəlib. 1991-ci ildə cütlük yollarını ayırıb, 2001-ci ildə isə boşanmanı rəsmiləşdiriblər. 1996-2000-ci illərdə aktrisa və teleaparıcı Cenni Elverslə görüşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15735823791/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç