Fyodor Bondarçuk

Fyodor Bondarçuk

Rejissor, aktyor, prodüser

BİOQRAFİYA

Fyodor Bondarçuk 9 may 1967-ci ildə Moskvada doğulub. Fyodorun atası tanınmış sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti Sergey Bondarçuk və anası aktrisa İrina Skobtsevadır. 1985-ci ildə məktəbi qurtarıb, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İkinci kursda təhsilini donduraraq orduya gedib. İnstituta 1989-cu ildə qayıdıb və tezliklə Yuri Ozerovun çəkdiyi "Stalinqrad" (1989) filmində İvan roluna çəkilib. Bu rol Fyodorun aktyor karyerasında ikinci idi, o, ilk dəfə "Boris Qodunov" filmində (1986) kiçik rolla çıxış etmişdi. 2005-ci ildə çəkildiyi "Doqquzuncu bölük" adlı film Fyodor üçün çox uğurlu iş olur. Fyodor bu filmdə "xaxol" əsgər rolunu canlandırıb. Filmin ümumi büdcəsi 9,5 milyon dollar təşkil edib, filmdə təyyarənin partlayışı ən bahalı səhnədir (450 min ABŞ dolları). Rusiyada bu film "İlin ən yaxşı filmi" statusu əldə edib və bir sıra mükafatlar qazanıb. F.Bondarçuk məhz bu filmlə məşhurlaşıb.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Fyodor_Bondar%C3%A7uk
FİLMOQRAFİYA
Rejissor
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç