Çağan Irmak

Çağan Irmak

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA
Çağan Irmak 1970–ci ildə İzmir bölgəsində (Türkiyə) anadan olub. Uşaqlığı həmin bölgədə keçib. 1992-ci ildə Ege Universitetinin radio-televiziya fakültəsini bitirib. Tələbəlik illərində “Masal” və “Qurban” adlı iki qısametrajlı film lentə alıb. Həmin lentlərə görə “Sedat Simavi” mükafatı ilə təltif olunub. Universiteti bitirdikdən sonra Orxan Oğuz, Mahinur Ergün, Filiz Kaynak və Yusuf Kurçenli kimi rejissorların köməkçisi işləyib, onlardan bu sənətin incəliklərini öyrənib. 1998-ci ildə Çağan Irmaq “Bana Old end Uays Çal” adlı qısametrajlı filminə görə birinci IFSAK mükafatını qazanıb. Elə həmin il “Günaydın İstanbul Kardeş” serialının ssenarisini yazır və çəkilişlərə başlayır. 2004-cü ildə ekranlara çıxan “Cemberimde gül oya” serialı, həmçinin “Mustafa hakkında herşey” və “Babam ve Oğlum” adlı bədii filmləri ona şöhrət qazandırır. Sonuncu o qədər uğurlu olur ki, Türkiyə kinoteatrlarında anşlaqlara səbəb olur və 6 mükafata (o cümlədən ən yaxşı rejissor kateqoriyasında) layiq görülür. Həmin filmlərdən sonra Irmakın karyerasında sürətli tərəqqi dövrü başlayır. 2008-ci ildə “Yalqız adam” melodramını lentə alır. Çağan Irmakın növbəti “Dedemin İnsanları” adlı filmi Türkiyənin 490 kinoteatrında nümayiş olunur və nümayişin ilk günləri ərzində 165 minlik tamaşaçı auditoriyası qazanır. 2013-cü ildə rejissor dünyaca məşhur olan “Çalıkuşu” serialının remeykini çəkir. Film həm tamaşaçılar həm də tənqidçilər tərəfindən kifayət qədər isti qarşılanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.ru/sozdateli-telenovel/6067-chaan-yrmak-a-an-irmak
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç