Li Binbin
Aktrisa
Li Binbin 27 fevral 1973-cü ildə Harbin şəhərində anadan olub. Gəncliyində aktrisa olmaq arzusunda olmayıb. Məktəbi bitirdikdən sonra dostu Li ona Şanxah Dram İnstitutuna daxil olmağı tövsiyə edib. İlk kino debütünü 1999-cu ildə rejissor Çjan Yuanın “On yeddi il” filmində gerçəkləşdirib. 26 avqust 2007-ci ildə “Düyün” filmində oynadığı rola görə “ən yaxşı aktrisa” nominasiyasında ölkəsinin ən prestijli kino mükafatı sayılan “Huabyao” mükafatına layiq görülüb. Karyerası ərzində aşağıda sadalanan filmlərə çəkilib: "On yeddi il" (1999), "Bütün zamanların sevgisi" (2003), "Siçan və pişik" (2003), "Fırfır kəpənək" (2003), "Gümüş qartal" (2004), "Tənha gözləyərkən" (2004), "Lyao Çjay" (2004), "Oğruların olmadığı dünya" (2004), "Qocalmağınızı gözləyir" (2005), "Düyün" (2006), "Qadağan edilmiş krallıq" (2008), "Xəfiyyə Di" (2010), "Qar Çiçəyi və sirli yelpik" (2011), "Transformerlər: Məhv edilmə epoxası" (2014), "Cun Kuy: Qar qızı və qara kristal" (2015), "Meq : Dəryaların Divi" (2018).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Li_Bingbing