Cek Reynor

Cek Reynor

Aktyor

BİOQRAFİYA
Cek Reynor 23 yanvar 1992-ci ildə Kolorado ştatında (ABŞ) doğulub. Anası Tayra O. Breydi irlandiyalı hüquq müdafiəçisidir. Aktyor Pol Reynerin qohumudur. "Transformerlər: Məhvetmə dövrü" (2014) filmindəki roluna görə tanınıb. Karyerasının əvvəlində, 2010-cu ildə Kirsten Şeridanın “Kukla evi” filminə çəkilib. 2011-ci ilin sonunda Cek Leonard Abrahamsonun “Riçard nə edib” filmində baş rolu oynayıb. Film ilk dəfə Traybek festivalında böyük ekranlara çıxıb. Oynadığı rola görə "Ən yaxşı aktyor" kateqoriyasında İrlandiya kino və televiziya mükafatına (İFTA) layiq görülüb. Bu mükafat ona "DreamWorks" studiyasının “Hərşeyşünas ata” komediya dramında rol almaqda kömək olub. Çəkiliş meydanını Vins Von kimi Hollivud ulduzu ilə bölüşüb. Həmin vaxt aktyorun oyunu Maykl Beyin diqqətini cəlb edib və o, “Transformerlər: Qırğın epoxası” fantastik döyüş filminə dəvət olunub. Mark Uolberq və Nikola Peltzin də çəkildiyi film 2014-cü ildə təqdim olunub. Aktyorların hər üçü növbəti üç filmin çəkilişlərinə dair müqavilə bağlayaraq, “Transformerlər” trilogiyasına adlarını yazdırıblar. “Transformlər” trilogiyası dünya və ABŞ kassalarından 1.1 milyard dollara yaxın gəlir gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jack_Reynor

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç