Kennet Krenem

Kennet Krenem

Aktyor

BİOQRAFİYA

Kennet Krenem 12 dekabr 1944-cü ildə Böyük Britaniyada anadan olub. Böyük Britaniya Milli Gənclər Teatrının və RADA-nın artisti olub. 80-ci illərin populyar komediya dramı “Harvi Munun şöhrəti” serialında oynadığı rolla məşhurlaşıb. Eyni zamanda “Qat-qat tort”, “1 nömrəli qanqster”, “Roma”, “Oliver” və digər filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. Horror janrının fanatları onu “Cəhənnəmdən gəlmiş 2” qorxu filmində dəlisov həkim Filip Çennard rolu ilə tanıyır. Atası Ronald Krenem İngiltərənin dövlət qulluqçusu olub. Uşaqlığı Şotlandiyanın Danfermlin şəhərində keçib. İlk həyat yoldaşı aktrisa Dayan Kvik olub. İkinci dəfə Fiona Fiktori ilə ailə qurub. Birinci nikahdan Nensi Krenem, ikinci nikahdan Ketlin Krenem adlı iki qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kenneth_Cranham

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç