Şarl Perro
Yazıçı
Şarl Perro 12 yanvar 1628-ci ildə Paris parlamentinin hakimi Pyer Perronun ailəsində doğulub və onun altı övladından biridir. Onun əkiz qardaşı Fransua altı aylığında vəfat edib. Qardaşlarından biri - Klod Perro Luvrun şərq fasadının müəllifi kimi tanınan məşhur arxitektor olub (1665-1680). Şarl kollecə qəbul olsa da, bitirməmiş onu atır. Vəkil lisenziyası alır, lakin bununla da məşğul olmur və arxitektor qardaşının yanında kantor xidmətçisi işləyir. 1660-cı illərdə XIV Lüdovikin sarayının incəsənət sahəsində siyasətini müəyyənləşdirən Jan Kolberin etimadını qazanan Perro 1663-cü ildə yazı və şifahi xalq ədəbiyyatı üzrə Akademiyanın katibi təyin olunur. Himayəçisi öldükdən sonra (1683) Şarl gözdən düşür və ədib kimi ona verilən pensiyadan məhrum edilir. 1695-ci ildə katib vəzifəsindən də kənarlaşdırılır. 16 may 1703-cü ildə vəfat edir. Perroya əsl qələbə və dünya şöhrəti qazandıran, əlbəttə, nağıl janrında yazdığı bədii əsərləri olub. "Qırmızı papaq", "Çəkməli pişik", "Meşədə yatan gözəl" və sair əsərləri dünyaca məşhur əsərlər sırasındadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: