Qabriella Rayt

Qabriella Rayt

Aktrisa

BİOQRAFİYA

Qabriella Rayt (ing. Gabriella Wright) – britaniyalı aktrisadır. 19 iyun 1982-ci ildə Londonda anadan olub. Uşaqlığı Fransada keçib. İqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə etdikdən sonra teatr sənətinin incəliklərini öyrənməyə başlayıb və Şekspirin yaradıcılıq aləminə baş vurub. Qabriella Rayt peşəkar səviyyədə müğənniliklə məşğul olub. O SAO-K musiqi qrupunun həmtəsisçisidir. Qrup hazırda dağılıb. Kinoda debütünü “Zərərli Alber” (2004) fransız komediyasında gerçəkləşdirib. 2015-ci ilin əvvəlinə kimi Qabriella Raytın filmoqrafiyasında 20-ə yaxın kino layihəsi olub. Onların arasında “22 güllə: Ölümsüz” blokbasteri, “Tüdorlar” və “Xalis qan” kimi serialları misal çəkmək olar. 2015-ci ildə dünya premyerası baş tutan “Everli” trillerində mərkəzi qadın rollarından birini oynayıb. Filmdə baş qəhrəmanı Salma Hayek canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/gabriella_wright/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç