Piter Fonda

Piter Fonda

Aktyor, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Piter Fonda 23 fevral 1940-ci il Nyu-Yorkda (ABŞ) anadan olub. Aktyor, kinorejissor, ssenarist və prodüserdir. Henri Fondanın oğlu, Ceyn Fondanın qardaşı və aktrisa Bricit Fondanın atasıdır. İki dəfə “Qızıl Qlobus” mükafatı laureatı, iki dəfə “Oskar” mükafatına namizəd olub. “Qayğısız atlı” filmindəki rolu ilə məşhurlaşıb. “Kirayə əl” (1971), “Vanda Nevada” (1979), "Aydahoya gedən yol" (1973) filmlərinin rejissoru olub. “Qayğısız atlı” (1969), "Ölüm tapşırığı" (1990) filminin ssenaristi olub. “Ulinin qızılları”(1997), “Qayğısız atlı” (1969) filmlərinin və "Təcili yardım" (1994-2009), "Azğın Kaliforniya" (2007-2014), "Müdafiəçilər" (1961-1965) seriallarına çəkilib. "Grand Theft Auto: San Andreas" (2004) oyununun personajlarını səsləndirib. “Qayğısız atlı” (1969), "I Ride Alone" (2010) filmlərinin prodüseri olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın

https://en.wikipedia.org/wiki/Peter_Fonda

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç