Ceyson Uinston Corc

Ceyson Uinston Corc

Aktyor, model

BİOQRAFİYA

Ceyson Uinston Corc 8 fevral 1972-ci ildə Virciniya Biçdə (ABŞ) anadan olub. 1994-cü ildə Virciniya Universitetini bitirib, iki il sonra Templ Universitetində aktyorluq üzrə ali təhsil alıb. 1996-cı ildə “Aaron Spellinqin“ Sanset Biç sevgi və sirrləri” sabun operasında Maykl Born rolunda debüt edib. 1999-cu ildə həmin rola görə “Emmi” mükafatına namizəd olub. 1990-cı illərin sonundan etibarən 40-dan çox televiziya şousu və serialında iştirak edib. 2009-cu ildə ABC-də yayımlanan “Qutunun içində” adlı serialın pilot epizoduna çəkilsə də, uğursuzluğa düçar olub və nəticədən başqa bir serial “Ehtiras Anatomiyası” serialında ikinci plan (Rayms) rolunu əldə edib. 2013-cü ildə ABC-nin “Məşuqələr” seriaLında daha sonra isə “LifeTime” kanalının “İst-End ifritələri” serialında rol alıb. Karyerasına NBC  telekanalında 1997-1999 yayımlanan “Sanset Biç sevgi və sirləri” filminə çəkilməklə başlayıb. 2000-ci ildə praym-taym-da debüt edərək, qısaömürlü “Titanlar” serialında gerçəkləşdirib. Ona şöhrət gətirən rollar isə UPN telekanalının “İV” (2003-2006) və ABC-də yayımlanan “Ehtiras Anatomiyası” tibbi serialında oynadığı rollar olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD_%D0%A3%D0%B8%D0%BD%D1%81%D1%82%D0%BE%D0%BD 

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç