Armand Assante
Aktyor
Armand Assante 4 oktyabr 1949-cu ildə Nyu-Yorkda (ABŞ) rəssam və şairə ailəsində anadan olub. Atası italyan əsillidir, anası irlanddır. Armand uşaqlığında katolik tərbiyyə görüb. Kinodebütünü 1974-cü ildə “Fletbuş lorları” filmində gerçəkləşdirib. Bir neçə ildən sonra ona uğur gətirmiş “Nigahda necə sağ qalmalı” və “Həkimlər” seriallarına çəkilir. Populyarlaşmasına eyni zamanda “Sıravi Bencamin” komediyasında Qoldi Hounun baş qəhrəmanına aşiq olmuş yaraşıqlı fransız Anri Alan Tremon rolu kömək olub. Daha sonra mafioz və qanqster rollarına çəkilməyə başlayıb. 1991-ci ildə “Evlənmək Vərdişi” filmində antoqonist rolunu oynayıb. Bir il sonra Cek Nikolsonun baş rola çəkildiyi “Cimmi Hoffa” bioqrafik filminin çəkilişlərində iştirak edib. Digər əlamətdar rolları, “Odissey” mini-serialı, “Mambo kralları” (1992) filmi, “Hakim Dredd” (1995) fantastik trilleri, “Qanqster” (2007) kriminal dramı, “Dəniz polisi: Xüsusi şöbə” serialında oynadığı rollar sayılır. ABŞ-la bərabər, Makedoniya, Türkiyə, Serbiya, Rumıniya, Bolqarıstan və digər Avropa ölkələrinin istehsalı olan filmlərə də çəkilir. 1982-1994-cü illərdə aktrisa Karen Makarnla evli olub. Birgə nikahdan Ani və Alessandra adlı iki qızları var. 2009-cu ildə Yuliya Timoşenko haqqında çəkilmiş “Yuliya” sənədli filmində Yakov və Dominik Sedleri səsləndirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: