Boman İrani
Aktyor
Boman İrani 2 dekabr 1959–cu ildə anadan olub. Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalıb. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsada, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Award mükafata layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D1%80%D0%B0%D0%BD%D0%B8,_%D0%91%D0%BE%D0%BC%D0%B0%D0%BD