Abhişek Baççan

Abhişek Baççan

Aktyor, prodüser

BİOQRAFİYA

Abhişek Baççan 5 fevral 1976-cı ildə Mumbay şəhərində (Hindistan) aktyor Amitabx Baççan və aktrisa Cayi Bhadurinin ailəsində dünyaya gəlib. Uşaqlığında disleksiyadan əziyyət çəkib. İsveçrədə, prestijli Aiglon College özəl məktəbində oxuyub. 2000-ci ildə rejissor C.P. Dattanın “Tərk edilmişlər” filmində aktyor debütünü gerçəkləşdirib. Film kommersiya uğuru qazanmasa da, onun oyunu tənqidçilərin diqqətini cəlb edib, müsbət rəyə nail olub. Ən yaxşı ikinci plan aktyoru kateqoriyasında “Filmfare Award” mükafatının üçqat laureatıdır. Kinoda daha çox “Yeni iliniz mübarək” (2014), “Sarkar” ( 2005), “Yaxın dostlar” (2008), “Baykerlər: 3” ( 2013), “İstanbul missiyası” (2008) filmlərində oynadığı rollarla şöhrət qazanıb. 2004-cü ildə “Baykerlər” filmində “motosikletlərdə hərəkət edən qarətçi dəstəni təqib edən Mumbay polis zabiti roluna çəkilib. Film Hindistanda blokbaster statusu qazanıb. Növbəti çəkildiyi “Hələ hər şey itirilməyib” və “Rəqsdən ilhamlanan” filmləri eynilə yüksək kassa gəliri götürür. Növbəti il çəkildiyi “Banti və Babli” filmində Rani Mukerci ilə birlikdə bir sıra uğurlu qarətlər keçirmiş sonra bir-birinə aşiq olmuş dələduz cütlüyü oynayıb. Həmin filmə görə ən yaxşı kişi rolu kateqoriyasdında “Filmfare Award” mükafatına namizəd olur. Kinolent həmdə onunla əlamətdar olur ki, ilk dəfə olaraq atası Amitabxla birgə kamera qarşısına çıxır. 2006-cı ildə “Heç vaxt Əlvida demə” filmində həyat yoldaşı ona xəyanət edən kişi obrazını yaradıb. 2010-2012-ci illərdə aktyorun karyerasında “qara zolaq” dönəmi başlayır. Eyni vaxtda çəkildiyi 4 film kassa uğursuzluğuna düçar olur. 2013-cü ildə Abhişek “Baykerlə 3” filmində yenidən polis zabiti rolunda çıxış edir. Film həmin il Bollivudun ən gəlirli lentinə çevrilir. Bir müddət kinopavilyonlardan ayrı düşən aktyor 2015-ci ildə yenidən böyük ekranlara qayıdır. “Hər şey yaxşıdır” adlı ekran əsəri növbəti uğursuz filmlərindən birinə çevrilir, filmin gəlirləri gözləniləndən qat-qat aşağı olur. 2016-cı ildə Abhişek “Dolu ev 3” filmində rol alıb. Oynadığı qəhrəman reper olmaq arzusu ilə böyüyən gəncdir. Şəxsi həyatına gəlincə 20 aprel 2007-ci ildə məşhur hind aktrisası və fotomodeli Ayşvariya Rayla evlənib. 2011-ci ildə cütlüyün qızı doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%87%D1%87%D0%B0%D0%BD,_%D0%90%D0%B1%D1%85%D0%B8%D1%88%D0%B5%D0%BA


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç