Req E. Keti

Req E. Keti

Aktyor

BİOQRAFİYA

Reqinal “Req” Eyras Keti 18 avqust 1958-ci ildə Alabama ştatının Hantsvil şəhərində dünyaya göz açıb. Atası üç müharibədə (2-ci Dünya Müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsi) vuruşmuş hərbi polkovnik olub. Anası dövlət qulluqçusu və tərbiyəçi olub. Donza adlı bacısı var. Uşaqlığı Şərqi Almaniyanın kəndlərindən birində yerləşən fermada keçib. 14 yaşında doğma Alabama ştatına qayıdıb. 9 yaşından teatra maraq göstərməyə başlayıb. Qərbi Almaniyada United Service Organization şousunda iştirak edib. Conson orta məktəbini bitirib. Orada məşhur To Kill a Mockingbird tamaşasında səhnəyə çıxıb. Sonradan təhsilini Miçiqan Universitetinin teatr bölməsində davam etdirib. Bundan başqa Yel Drama Məktəbində oxuyub. Daha çox “Gizli dinləmə” (The Wire) serialında Norman Uilson, “Oz həbsxanasında” Martin Kverns, “Fantastik Dördlük”ün remeykində (2015) Doktor Frenklin və “Kartdan Ev” siyasi dramında prezidentin Ağ Evdən kənardakı aşpazı Freddi Heyz rolu ilə yaddaşlarda qalıb. Sonuncu rol ona üç dəfə “qonaq aktyor” kateqoriyasında “Emmi” mükafatı nominasiyasını qazandırıb. 2015-ci il nominasiyasında qalib gəlib. 9 fevral 2018-ci ildə Nyu-Yorkdakı evində ölü tapılıb. Onun ağ ciyər xərçəngindən əziyyət çəkdiyi bildirilirdi.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Reg_E._Cathey

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç