Filip Qlass

Filip Qlass

Bəstəkar

BİOQRAFİYA

Filip Qlass 31 yanvar 1937-ci ildə ABŞ-ın Baltimor şəhərində anadan olub. Qlass özünü “təkrarlanan strukturlu musiqinin” banisi adlandırır. Onun erkən işlərində minimalizm aspektləri olsa da, tədricən Qlassın musiqi üslubu təkamül edib. Frans Şubert, İohann Sebastiyan Bax və Volfqanq Amadeus Motsartın yaradıcılığını təfsilatlı şəkildə təhlil edib, dövrümüzün klassisist bəstəkarı sayılır. Yəhudi ailəsində boya-başa çatıb. Valideynləri Rusiyadan ABŞ-a pənah gətirmiş mühacirlərin övladları olub. Atası qramaplastinka dükanı işlədib. Gəncliyində Filip Qlass hind bəstəkarı Ravi Şankarla sıx əməkdaşlıq edib. Şankar onun ustadı olub və yaradıcılığına dərin nüfuz edib. Qlass 1983-cü ildə Qodfri Recionun məşhur trilogiyasının ilk filminə yazdığı saundtreklə məşhurlaşıb. Son zamanlar “Kundun”, “Truman Şou”, “Saatlar”, “Kendimen”, “İllüziyaçı” və digər film və serialların bəstəkarı kimi tanınır. Üç dəfə “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Philip_Glass

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç