Corc Fenton
Bəstəkar
Corc Riçard Yan Hau 19 oktyabr 1950-ci ildə London şəhərində (İngiltərə) anadan olub. Oksford şəhərində Müqəddəs Eduard məktəbində oxuyub. Öz karyerasına aktyor olaraq başlayıb, Alan Bennetin “40 il sonra” adlı tamaşasında ilk dəfə səhnəyə çıxıb. 1971-ci ildə “Özəl yol” filmində daha sonralar isə “Emmerdeyl ferması” adlı sabun operasında çəkilib. 1974-cü ildən etibarən bəstəkar karyerasına qədəm qoyub. Ən iri layihəsi Şekspirin “12-ci gecə” pyesi əsasında qoyulan tamaşaya yazdığı musiqi sayılır. 80-cı illərə kimi teatr bəstəkarı kimi fəaliyyət göstərib. 70-ci illərin sonlarında artıq televiziya layihələrinə də qoşulub. Karyerası ərzində onlarla serial və filmə saundtrek yazıb. Kinoda daha çox “Marmot günü”, “Anna və kral”, “Amerikansayağı gözəllik” filmlərinə yazdığı musiqiyə görə tanınır.
Ətaflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/George_Fenton