Ruslan Əhmətov

Ruslan Əhmətov

Aktyor

BİOQRAFİYA

Ruslan Yusupcanoviç Əhmətov - sovet və rusiyalı teatr və kino aktyorudur. 19 fevral 1940-cı ildə Moskva vilayətinin İvanteyevka kəndində (Rusiya) anadan olub. Atası Yusupcan Axundcanoviç Əhmətov mühəndis-toxucu olub. Anası Belyakova Vera Kuzminiçnadır. Onlar 1930-cu illərdə tanış olublar. Onların Ruslan və Aleksandr adında iki övladları dünyaya gəlib. 1950-ci illərdə Əhmətovlar Moskvaya köçüblər. Ruslan 509 saylı orta məktəbin şagirdi olub. Şagird olduğu illərdə idmanla maraqlanıb, voleybol komandasında çıxış edib, iki teatr studiyasında çalışıb. 1958-ci ildə  məktəbi bitirdikdən sonra birinci cəhddən Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Oranı 1963-cü ildə bitirib. 1962-1963-cü illərdə Moskva Eksperimental Pantomim Teatrının (“Ektemim”) aktyoru olub. Eyni zamanda dublyaj aktyoru kimi fəaliyyət göstərib. Kinoaktyor teatr-studiyasının “Məyusluq”, “Səfeh”, “Məni öp, Ket”, “Şelkunçik və siçanlar kralı” və digər tamaşalarında iştirak edib. Karyerasının zirvəsində “Qafqaz əsiri” kinokomediyasında oynadığı sürücü Edik rolu dayanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D1%85%D0%BC%D0%B5%D1%82%D0%BE%D0%B2,_%D0%A0%D1%83%D1%81%D0%BB%D0%B0%D0%BD_%D0%AE%D1%81%D1%83%D0%BF%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç