Rina Zelyonaya

Rina Zelyonaya

Aktrisa

BİOQRAFİYA

Rina Zelyonaya 25 oktyabr 1901-ci ildə Daşkənddə anadan olub. Sovet teatr və kino aktrisası, uşaq nitqinin imitasiya ustasıdır. RSFSR xalq artistidir (1970). 1919-cu ildə Moskva teatr məktəbini bitirib. Ona İllarion Pevtsov, Nikolay Radin, Mariya Blümental-Tamarina kimi müəllimlər dərs deyib. O zaman hüquqşünas Vladimir Blükünfellə ailə qurub. Xarakterlərin uyuşmaması səbəbindən ailə dağılır. Aktrisa ikinci dəfə memar Konstantin “Kote” Topuridze (1905—1977) ailə ailə qurub. Cütlüyün övladı olmayıb. Estrada səhnəsində peşəkar müğənni kimi çalışıb, daha sonra özünü tamamilə teatra həsr edib. 1921-ci ildən teatrlarda çalışıb. “Atılmış”,  “Yaz”, “İşıqlı yol”, “Buratinonun sərgüzəştləri”, filmləri və Şerlok Holm serialında çəkilib. A.Barto ilə nağılların həmmüəllifi olub. 1 aprel 1991-ci ildə Moskvada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B5%D0%BB%D1%91%D0%BD%D0%B0%D1%8F,_%D0%A0%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç