Vladimir Basov

Vladimir Basov

Aktyor

BİOQRAFİYA
Vladimir Pavloviç Basov 28 iyul 1923-cü ildə Urazovo kəndində (indiki Belqorod vilayəti, Rusiya) anadan olub. Sovet kinorejissoru, aktyoru və ssenaristi, SSRİ xalq artistidir (1983). Atası Qızıl Ordunun zabiti olub. Buna görə də onun ailəsi tez-tez bir şəhərdən başqa şəhərə köçürdü. Böyük Vətən müharibəsinin iştirakçısı olub. Vladimir Basov 28-ci əlahiddə artilleriya diviziyasının komandir müavini olub. Hərbi rütbəsi kapitandır. 1952-ci ildə ÜDKİ-nin rejissorluq fakültəsində Mixail Romm və Sergey Yutkeviçin kursunu bitirib. Elə həmin ildən də (1952) "Mosfilm" kinostudiyasının rejissoru olub. Bir aktyor kimi kinoda debütü "Mərdlik məktəbi" filmində (1954) ifa etdiyi epizodik rol olub. Azərbaycan tamaşaçısı V.Basovu "Buratinonun macəraları", "Mimino", "I əməliyyatı və ya Şurikin qeyri-adi macəraları", "Elektronikin macəraları", "Tehran-43" və s. filmlərindən tanıyır. 1983-cü ilin aprelində insult nəticəsində sol tərəfi iflic olur. Maddi dəstək xətrinə ona rejissor-məsləhətçi vəzifəsi verirlər. Vladimir Pavloviç Basov 17 sentyabr 1987-ci ildə səhər saatlarında keçirdiyi ikinci insultdan sonra vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Vladimir_Basov
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç