Mixail Puqovkin

Mixail Puqovkin

Aktyor

BİOQRAFİYA

Mixail İvanoviç Puqovkin 13 iyul 1923-cü ildə Rusiyanın Kostroma quberniyasının Çuxlomski qəzasının Rameşki kəndində dünyaya gəlib. 16 yaşında olanda Sretenke teatrının köməçki heyətinin artistinə çevrilib. Orada 1939-1941-ci illərdə xidmət edib. Atası və iki qardaşı müharibədə həlak olub. 1940-cu ildə aktyorun yüksək artistlik məharəti kinorejissor Qriqori Roşalın diqqətini çəkib və sonuncu onu “Artamanovların işi” adlı filmin çəkilişlərinə dəvət edib. Toyda baş qəhrəmanı oynatmağa çalışan tacir Stepaşa Barskinin rolu Puqovkinin kinoda debütü olur. Maraqlıdır ki, həmin epizodun çəkilişi 22 iyun 1941-ci ildə, Böyük Vətən müharibəsinin başladığı gündə başa çatıb. 1960-1978-ci illərdə “Mosfilm”də çalışıb. 1978-1991-ci illərdə “M.Qorki adına Kinostudiyanın aktyor heyətində yer alıb. Başlıca olaraq komediyalara, ümumi hesabla 100-ə yaxın filmə çəkilib. Əksər hallarda bürokrat, yaltaq, rüşvətxor, riyakar və alverçi rollarını ifa edib. Populyarlığı ona “Əsgər İvan Brovkin”, “Yer və insanlar”, “Gitaralı qız” filmləri gətirib. Bundan başqa, “İvan Vasilyeviç peşəsini dəyişir” və “I əməliyyatı və Şurikin başqa macəraları”, “Malinovkadakı toy” filmlərində canlandırdığı obrazlarla yaddaşlarda qalıb. Habelə, o, karyerasının zirvə dövrünü Leonid Qaydayın filmlərinə çəkildiyi illəri sayırdı. Qayday onun yaxın dostu olub və Puqovkini altı filminə çəkib. Deyilənə görə, dindar anasının xeyir-duasını almadan heç bir rola çəkilməzmiş. Beləcə, Puqovkinin “12 stul” komediyasında çəkilməyə anasının razılığını alması üçün Leonid Qayday onu üç həftəyə qədər gözləməli olub. M.Puqovkin şəkərli diabetin kəskinləşməsi səbəbindən 25 iyul 2008-ci ildə Moskvadakı evndə vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%83%D0%B3%D0%BE%D0%B2%D0%BA%D0%B8%D0%BD,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç