Yevgeni Morqunov

Yevgeni Morqunov

Aktyor

BİOQRAFİYA

Yevgeni Morqunov 27 aprel 1927-ci ildə Moskvada (Rusiya) anadan olub. Uşaqlığı ağır keçib. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlayıb. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasına köməklik göstərməyini xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına Teatr Məktəbinə qəbul olur. Düz bir il orada təhsil alandan sonra Kinematoqrafiya İnstitutuna gedir və Sergey Gerasimovun aktyor kursuna daxil olur. 1948-ci ildə oranı bitirir və 1948-1951-ci illərdə "Kinoaktyor teatr-studiyası"nda çalışır. İlk aktyor işi Morqunovu hər kəsə tanıtdırır. 1948-ci ildə çəkilmiş "Gənc qvardiya" filmində çəkilən Morqunov ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Filmin rejissoru Sergey Gerasimov idi. Yevgeni Morqunov 1999-cu ildə vəfat edib. Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Yevgeni_Morqunov
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç