Nikola Piovani
Bəstəkar
Nikola Piovani 26 may 1946-cı ildə Romada (İtaliya) anadan olub. Məktəbi bitirdikdən sonra Romanın La Sapiensa universitetinə daxil olub (Humanitar fakültəyə). 1967-ci ildə Milanın Cuzeppe Verdi adına konservatoriyasında fortepiano sinifi üzrə elmi dərəcə alıb. Daha sonralar yunan bəstəkar Manos Hacıdakisin başçılığı altında orkestr sənətinin incəliklərini mənimsəyir. Karyerasına sənədli filmlərin musiqisini bəstələməklə başlayıb. Böyük kinoda bəstəkar olaraq “Dəmir qız” (1970) filmində debüt edib. 1994-cü ildə Piovani “Dəyərli gündəlik” filminin musiqisinə görə İtaliyanın “Qızıl qlobus” mükafatına namizəd olur. 1999-cu ildə “Həyat gözəldir” (1997) filminin musiqisinə görə “Oskar” mükafatı, ardınca isə “Qremmi” mükafatına layiq görülür. Digər uğurlu işləri sırasında “Müsahibə” (1987), “Ayın səsi” (1990), “Qəribə həyat” (1987), “Oğlumun otağı” (2001), “Kürən saçlı qız” (1981), “Heç yerdə” (2002), “Narahat olma, hər şey yaxşıdır” (2006) kimi filmlərə yazılmış musiqi parçalarını sadalamaq olar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nicola_Piovani