Roman Filippov
Aktyor
Roman Sergeyeviç Filippov (1936-1992) – sovet və rusiyalı teatr və kino aktyorudur. 1987-ci ildə RSFSR-də anadan olub. Belarus SSR Xalq artistidir (1967). 24 yanvar 1936-cı ildə Simferopolda Leninqrad Böyük Dram Teatrının aktyoru Sergey Aleksandroviç Filippov və aktrisa Anna Qriqoryevna Filippovnanın ailəsində dünyaya göz açıb. Üç yaşına qədər ona nənəsi tərbiyə verib. Aktyor yeniyetməlik illərindən sərbəst şəkildə belarus, polşa, alman, rus dillərində danışa bilib. “Peter the Great” ingilis dilli tamaşasında, “Varşavskaya melodiya” tamaşasının Kiyev Akademik Teatrının ukrayna dilində quruluşunda iştirak edib. Kino və teatr rolları ilə yanaşı, bir çox Sovet cizgi filmlərinin səsləndirilməsində iştirak edib, kinofilmlərə bəstələnən mahnıların şerlərini yazıb. 1970-ci illərdən ölənə kimi ölkənin əsas Şaxta babası olub və sovet uşaqlarını ən prestijli Kreml yolkasının qarşısından təbrik edib. 1987-ci ildən Rusiya Teatr İncəsənət İnstitutunda dərs deyib. 1988-ci ildə dosent elmi dərəcəsini alıb. 18 fevral 1992-ci ildə tromboemboliyadan dünyasını dəyişib. Moskvanın Troyekurovski məzarlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF%D0%BE%D0%B2,_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87