Nonna Mordükova

Nonna Mordükova

Aktrisa

BİOQRAFİYA

Nonna Viktorovna Mordükova – Sovet və Rusiya kino və teatr aktrisasıdır. 1949-cu ildə Birinci dərəcəli Stalin mükafatı laureatı olub. 1973-cü ildə Rusiya SFSR Dövlət Mükafatı laureatı olub. 1974-cü ildə SSRİ Xalq artisti adını qazanıb. Britaniyanın “Who is Who” ensiklopediyasının “XX əsrin ən görkəmli aktrisaları”nın iyirmiliyinə daxil edilib. Aktrisa 25 noyabr 1925-ci ildə Artyomovsk diyarının Konstantinovka şəhərində anadan olub. Zəngin yaradıcılıq illəri ərzində “Gənc qvardiya” (1948), “Yad qohum” (1955), “Sadə hekayə” (1960), “Təmsilçi” (1964), “Balzaminovun toyu” (1964), “Komissar” (1967), “Briliyant əl” (1968), “Juravuşka” (1968), “Qohum” (1981) kimi filmlərə çəkilib. SSRİ süqutundan sonra Mordükova tədricən kinematoqrafiyadan ayrı düşüb. Aktrisa ona təklif olunan filmlərin süjetlərini bəyənməyib. 1999-cu ildə beşillik durğunluqdan sonra rejissor Denis Yevstinyovun “Mama” filminə çəkilib. Film və onun oynadığı rol tənqidçilər tərəfindən müsbət qarşılansa da, bundan sonra aktrisa hər hansı filmin çəkiliş meydanına dəvət olunmayıb. Son illərini şəkərli diabetdən əziyyət çəkib. 6 iyul 2008-ci ildə 83 yaşında Moskva xəstəxanasında dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D0%B4%D1%8E%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%9D%D0%BE%D0%BD%D0%BD%D0%B0_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç