Stanislav Çekan

Stanislav Çekan

Aktyor

BİOQRAFİYA
Stanislav Çekan 1922-ci ildə Rostov-Donda (Rusiya) anadan olub. 1937-ci ildə atasını Vətən xaini kimi həbs ediblər. Həmin vaxt Stanislav uşaq islah-əmək müəssisəsinə göndərilir. 1938-1941-ci illərdə teatr məktəbində oxuyub. Novorossiysk yaxınlığında döyüşüb. Ağır yaralanandan sonra cəbhə teatrlarının aktyoru kimi çalışıb. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra, 1948-1956-cı illərdə Sovet ordusunun Moskvadakı teatrlarında işləyib. Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. L.Qaydayın "Brilyant əl" filmində milis kapitanı Mixail İvanoviç rolunu canlandırıb. Oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışıb. Stanislav Yulianoviç Çekan 1994-cü ilin 11 avqustunda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stanislav_Chekan
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç