Anatoli Papanov

Anatoli Papanov

Aktyor

BİOQRAFİYA

Anatoli Papanov 31 oktyabr 1922-ci ildə Vyazma (Rusiya) şəhərində anadan olub. Anası polşalıdır. Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhədə olub. Baş çavuş olub, zenit artilleriya tağımına komandanlıq edib. 1942-ci ilin iyununda partlayış nəticəsində sağ ayağı ağır zədələnib və iki barmağını itirib. Papanov altı ay hospitalda yatıb və 21 yaşında "III qrup əlil" statusu alıb. İlk üç ili əsa ilə gəzməli olub. Moskvaya qayıddıqdan sonra Rusiya Teatr Sənəti İnsitutunun aktyorluq ixtisasına qəbul olub. Müharibə bitdikdən sonra 20 may 1945-ci ildə Nadejda Yuryevna Karatayeva ilə evlənib. Onlar institutun eyni kursundan məzun idilər. Aktyorun bu evlilikdən bir qızı olub. Bir çox filmlərdə uğurlu rollar yaradan və əsasən “Brilyant əl” filmindəki rolu ilə tanınan A.Papanov 5 avqust 1987-ci ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Anatoli_Papanov

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç