Stiven Dorff
Aktyor
Stiven Dorff 19 iyul 1973-cü ildə ABŞ-da doğulub. Stivin kinoya həvəsi hələ uşaq yaşlarından başlayıb. Doqquz yaşında ikən “Family Ties” televiziya serialında rol alır. 1987-ci ildə isə “Gates” fantastik filmində baş rolu canlandırır. 1992-ci ildə “Yalnızlığın sirri” dramındakı roluna görə "Ən yaxşı gənc aktyor” nominasiyasında "Oskar"a layiq görülür. Dorffa dünya şöhrətini 1998-ci ildə “Blaid” filmi gətirir. Aktyor bu filmdə Dyakon Frost obrazını canlandırıb. 2007-ci ildə çəkilən “13-cü mərtəbə” qorxu filmi Nyu-York Film Festivalında "Ən yaxşı film", Stiven Dorff isə "Ən yaxşı aktyor" adına layiq görülüb. Dorff kliplərə də çəkilib, məsələn, Britni Spirsin “Everytime” klipinin qəhrəmanı Stiven Dorff olub.
Ətraflı məlumat üçün linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Dorff