Orelyen Vik
Aktyor, rejissor
Orelyen Vik – fransalı aktyor və rejissordur. Atası əslən norveçlidir. Anası fransız aktrisası Françoys Deldikdir. Kinoda debütünü 1994-cü ildə rejissor Klod Pinotun “Nağd pul” (Cache cash) filmində oynadığı Anton rolu ilə gerçəkləşdirib. 1997-ci ildə rejissor Rocer Haninin “Soleil” dramına çəkilib. Filmdə baş rolları Sofi Loren, Filip Noret və Marian Sagebrext oynayır. 2005-ci ildə 4 filmdə ikinci dərəcəli obrazlar canlandırıb. 2006-cı ildə Jan Bodinin çəkdiyi “Sans Elle” filmində rol alıb. Rejissor debütünü 2005-ci ildə “Rue Des Vertus” filmi ilə həyata keçirib. 2007-ci ildə “Sərhəd” (Frontier (s)) adlı qorxu filmində Aleks rolunu oynayıb. Karyerası ərzində ümumilikdə 76 bədii film və seriala çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: