Estel Lefebür

Estel Lefebür

Aktrisa

BİOQRAFİYA

Estel Lefebür – fransız model və aktrisadır. 80-90-cı illərdə moda industriyasının ən tələb olunan simalarından olub. 11 may 1966-cı ildə Fransanın Ruan şəhərində doğulub. Model olaraq debütünü 16 yaşında həyata keçirib. Model agentliyinin skautu onu küçədə görərək xarici görünüşünə valeh olur və iş təklif edir. Peşəkar karyera qurana qədər “Cartier”, “Christian Dior”, “Revlon”, “Samsung” kimi brendlərin reklamlarında görüntülənib. 1988-1993-cü illərdə 'Sports Illustrated Swimsuit Issue' jurnalında çimərlik paltarında olan fotosessiyası nəşr olunub. 1994-cü ildə “People” jurnalı onu “planetin ən gözəl 50 qadını” siyahısına daxil edib. 1999-cu ildə fransanın milli simvolunun prototipinə əsas namizədlərdən olsa da, sonra Letisiya Kasta üstünlük verilib. 1994-cü ildə 28 yaşlı Lefebür kinoda ilk rolunu alıb. “Şöhrətin hiyləsi” komediyasına çəkilib. Film kassalarda kifayət qədər yüksək nəticə göstərib. 2001-ci ildə “Gəzəgən qadınlar” sitkomunda (Britaniya) model rolunda görüntülənib. Daha sonra “Sübh çağında” trillerində kiçir rol alıb. 2007-ci ildə “Sərhəd” trillerində mərkəzi rollardan birinə çəkilib. 1989-cu ildə müğənni Devid Hollideylə ailə qurub. Həmin nikahdan 1995 və 1997 təvəllüdlü iki qızları var. 2000-ci ildə onlar rəsmən boşanıblar. 2004-cü ildə, 3 illik eşq macərasından sonra fransız radio-tele aparıcı və prodüser Artur Essebaqa ilə münasibətlərini rəsmiləşdirib. 2008-ci ildə həmin nikah boşanma ilə nəticələnib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.peoples.ru/art/cinema/actor/estelle_lefebure/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç