Semüel Le Byan

Semüel Le Byan

Aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Semüel Le Byan 2 noyabr 1965-ci ildə Fransanın Avranş şəhərində dünyaya göz açıb. Zəngin ailədə boya-başa çatsa da, müstəqil olmağı sevib, öz əməyi ilə pul qazanmaq üçün Paris şəhərinə köçür. Bir müddətdən sonra dostları ilə birlikdə Dram Akademiyasına daxil olur. Boksla maraqlanmağa başladığından təhsilin daşını atıb. Ancaq əldə etdiyi nəticələrdən razı qalmayıb və Nyu-Yorka köçməyə qərar verib. Orada aktyorluq məktəbinə daxil olub, məzun olduqdan sonra Fransaya geri dönüb. Kinematoqrafiya təhsilini yerli akademiyada davam etdirib. Daha sonra Ali Milli Dram İncəsənət Konservatoriyasını bitirib. 1995-1997-ci illərdə “Komedi Fransez” adlı məşhur fransız teatrında çıxış edib.  Kinoda ilk rolunu “Mələk kimi çirkin” bədii filmində oynayıb. 1996-cı ildə “Kapitan Konan” filmində oynadığı rola görə ən yaxşı debüt nominasiyasında “Sezar” mükafatına namizəd olub. Iki ildən sonra “Gözəllik salonu – Venera”  filmindəki çıxışına görə Jan Qaben adına mükafatla təltif olunub. Aktyor qeyri-adi üz cizgilərinə malikdir, müxtəlif kinolarda tam fərqli, tanınmaz simalarda görünə bilir. O gah göyçək kürən avropalı, gah da dəliqanlı qaraşın latın amerikalı obrazlarını canlandırır. Daniela Beylə evli olub. Cütlüyün 2011-ci il təvəllüdlü qızı var. Le Byan və Bey 2015-ci ildə boşanıblar. Le Byanın həmçinin birinci həyat yoldaşı aktrisa Patrisiya Franşindən 1995-ci il təvəllüdlü oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5_%D0%91%D1%8C%D1%8F%D0%BD,_%D0%A1%D0%B0%D0%BC%D1%8E%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç