Vim Venders 1945-ci ildə Düsseldorfda (Almaniya) anadan olub. 1966-cı ildə IDHEC kino məktəbinə qəbul olmaq üçün Parisə getsə də, müsabiqəni keçə bilmir. 1967-ci ildə Münhendə yeni açılmış Ali Kino Məktəbinə daxil olur. 1970-ci ildə dipllom işi kimi ilk tammetrajlı filmi olan “Şəhərdə yay”ı çəkir. 1971-ci ildə 12 nəfər kinematoqrafçı ilə birlikdə yeni alman filmlərinin istehsalı və prokatı ilə məşğul olacaq "Filmferlaq der Autoren" (Filmverlag der Autoren) yaradır. “Qapıcının 11 metrlik cərimə zərbəsindən əvvəl keçirdiyi qorxu” filmi onun təhsilini başa vurduqdan sonra ilk oyun filmi olur. “Paris, Texas”, “Milyon dollarlıq otel”, “Palermoda çəkiliş” filmləri ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Wim_Wenders