Kollin Etvud
Geyim üzrə rəssam
Kollin Etvud 1948-ci ildə Vaşinqton dairəsinin (ABŞ) Yakima şəhərində anadan olub. Karyerasına 70-ci illərin əvvələrində Vaşiqnton ştatında moda məsləhətçisi kimi başlayıb. Nyu-York Universitetində incəsənət təhsili almaq üçün 1980-ci ildə Nyu-Yorka gəlib. Son məqamda teatr və kino üçün geyim üzrə rəssam işləməyə qərar verir. Etvud bu günədək 50-yə yaxın filmdə kostyumların istehsalı üçün aparıcı dizayner vəzifəsini yerinə yetirib. O, karyerası boyunca 12 dəfə "Oskar" mükafatına namizəd olub. Dörd dəfə "Ən yaxşı geyim üzrə rəssam" kateqoriyasında bu mükafata sahib olub. Bunlar 2003-cü ildə Rob Marşalın “Çikaqo", 2006-cı ildə Rob Marşalın “Qeyşanın memuarları”, 2011-ci ildə Tim Börtonun “Alisa möcüzələr diyarında” və 2017-ci ildə Devid Yeytsin “Fantastik məxluqlar və onların yaşadıqları” filmləridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: