Keyt Kepşou
Aktrisa
Keyt Kepşou 3 noyabr 1953-cü ildə Texasda (ABŞ) doğulub. "İndiana Cons və tale məbədi filmi" ilə tanınır. Rejissor Stiven Spilberqin həyat yoldaşıdır. 5 yaşı olanda ailəsi ilə birgə Sent-Luis ştatına köçür. Missuri Universitetində təhsil alıb. 1982-ci ildə film sahəsində debüt edib. İlk filmləri “Azacıq seks” və “İtmiş uşaqlar: Ananın hekayəsi”dir. 1984-cü ildə "İndiana Cons və tale məbədi" filmi üçün kastinqdən keçir. 80-ci illərin ortalarında Hollivudun məşhur aktrisalarından birinə çevrilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: