Denni Elfman

Denni Elfman

Bəstəkar, müğənni

BİOQRAFİYA

Deniel Robert (Denni) Elfman 29 may 1953-cü ildə Los-Ancelesdə (ABŞ) yəhudi ailəsində dünyaya göz açıb. Anası məşhur yazıçı Blossom Elfman, atası isə müəllim Milton Elfmandır. Uşaqlıqdan marağı evin yaxınlığında yerləşən kinoteatra getmək idi. O, filmə baxmaqdan daha çox səslənən musiqiləri dinləyirdi. Karyerasındakı uğuruna görə aktyor, rejissor və prodüser qardaşı Riçard Elfmana borcludur. Qardaşların bir çox birgə yaradıcılıq işləri var. Riçard 1970-ci ildə ilk dəfə olaraq “Qadağan olunmuş zona” filminin çəkilişlərinə start verir, lakin filmin premyerası 1980-ci ildə baş tutur. Bu film üçün qardaşlar "The Mystic Knights of the Oingo Boingo" qrupunu yaradırlar. Qrupun bütün mahnılarının müəllifi və solisti Denni Elfman idi. Denni rəsmi olaraq məktəb bitirməmişdi, amma bir neçə peşəkar musiqiçidən dərs almışdı. Onun mahnıları bir çox filmlərdə səslənir, əsasən 1985-ci ildən başlayaraq məşhur rejissor Tim Börtonla əməkdaşlıq edir. Onun “Simpsonlar” cizgi serialı üçün, “Ümidsiz evdar qadınlar” serialına yazdığı mahnılar xüsusilə qeyd olunur. 2003-cü il noyabrın 29-da Elfman amerikalı aktrisa Bricit Fonda ilə ailə həyatı qurur. Bu nikahdan 2005-ci ilin yanvar ayında Oliver adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Danny_Elfman

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç