Con Ris-Devis

Con Ris-Devis

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Con Ris-Devis 5 may 1944-cü ildə Britaniyanın Solsberi şəhərində anadan olub. Şərqi İngiltərə universitetini bitirib, daha sonra Londonun Kral Dram-İncəsənət Akademiyasına qəbul olunub. Məzun olduqdan sonra teatr və televiziyada müxtəlif layihələrdə iştirak edib. “Dune 2000” video oyunun promo çarxlarına çəkilib. Wing Commander: "Heart of the Tiger" (1994) və "The Price of Freedom" (1996) video oyunlarında pilot Kristofer Blerin köhnə dostu rolunu oynayıb. “Sürüşkən” fantastik serialının üç mövsümündə rol alıb. Ən məşhur rolu isə “İndiana Cons” saqasında misirli arxeoloq Salah roludur. Eyni zamanda Ceyms Bond haqqında filmlərin birində “KQB” generalı Leonid Puşkin obrazını canlandırıb. 2000-ci illərin əvvəlində “Üzüklərin hökmdarı” trilogiyasında cırtdan Gimli rolunu oynayıb. “Əlləddin və quldurların kralı” cizgi filmində quldurların kralı Qasımı səsləndirib. 2016-cı ildə MTV telekanalında yayımlanan “Şannarın xronikaları” serialında elf kralı Eventin Ellesedil rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/John_Rhys-Davies

FİLMOQRAFİYA
Rollarda

RƏY BİLDİR

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç