Frenk Marşall

Frenk Marşall

Prodüser, rejissor

BİOQRAFİYA

Frenk Uilton Marşall 13 sentyabr 1946-cı ildə ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində anadan olub. Prodüserlik fəaliyyətində həyat yoldaşı Ketlin Kennedi ilə sıx əməkdaşlıq edir. Onlar Stiven Spilberqlə birlikdə “Amblin Entertainment” kinoşirkətini təsis ediblər. 1991-ci ildə Ketlin Kennedi ilə birlikdə Kennedy/Marshall Company şirkətini qurub. Şirkətin DreamWorks studiyası ilə əməkdaşlıq müqaviləsi var. 2012-ci ildə “Lucasfilm” şirkətinə rəhbərlik ona həvalə olunub. Başlıca olaraq Stiven Spilberq, Piter Boqdanoviç və M. Nayt Şyamalan kimi rejissorlarla əməkdaşlıq edir.  Amblin Entertainment şirkətində çalışdığı müddət ərzində beş dəfə ən yaxşı prodüser işi nominasiyasında “Oskar” laureatı olub (Bencamin Battonun sirli hekayəsi, 2008/Favorit, 2003/Altıncı Hiss, 1999/Lalə tarlası 1985/İndiana Cons: İtirilmi Mücrünün axtarışı, 1981). Onun rejissor debütü 1990-cı ildə ekranlara çıxan “Araxnafobiya” filmi sayılır. Həmin ekran əsərində baş rolu Ceff Deniels oynayıb. Film kinoteatrlarda kifayət qədər uğur qazanıb. 1995-ci ildə Maykl Kraytonun romanı əsasında “Konqo” (1995) filmini lentə alıb. 2006-cı ildə  “Ağ əsir” filminə rejissorluq edib. Ekran əsəri ekstremal Antarktida mühitində dostluq və sadəqət hekayəsini danışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Frank_Marshall_(producer)

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç