Lourens Kezdan

Lourens Kezdan

Ssenarist, prodüser

BİOQRAFİYA

Lourens Kezdan 14 yanvar 1949-cu ildə Florida ştatının Mayami şəhərində dünyaya gəlib. Uşaqlığı Virciniya ştatının qərbində keçib. 1966-cı ildə orta məktəbi bitirib. Daha sonra təhsilini Miçiqan Universitetində davam etdirib. Əvvəl ingilis dili müəllimi olmağı planlaşdırıb. Ancaq ixtisası üzrə iş tapa bilməyincə, 5 il ərzində reklam kopirayteri işləyib. Kinobiznesinə 70-ci illərin ortalarında gəlib. "Warner Bros" şirkətinin istehsal etdiyi “Cangüdən” filminə ssenari yazıb. Əvvəl baş rollarda Dayan Ross və Stiv Makkuinin çəkilməsi gözlənilirdi. Ancaq 1980-ci ildə Makkuin dünyasını dəyişib, filmin layihəsi isə 15 il ərzində “tərtibat cəhənnəmində” toz basmış vəziyyətdə qalıb. Nəhayət 1992-ci ildə ekranlara çıxıb. Baş rolllara Kevin Kostner və müğənni Uitni Hyüstonun çəkildiyi film 20-ci əsrin kult romantik dramına çevrilib. 1978-ci ildə Corc Lukas Kezdanı “İndiana Cons: İtirilmiş mücrünün axtarışında” filminə ssenari yazma, paralel olaraq onun Ulduz müharibələrinin 5-ci epizodu üçün cızma-qara etdiyi ssenarini tamamlamağı təklif edib. Kezdan daha sonra özünü rejissor kürsüsündə də sınaqdan keçirib. “Böyük məyusluq” (1983), “Qeyri-ixtiyari turist” (1988) və “Böyük kanyon”(1991) filmlərini çəkir. Bu filmlərə görə "ən yaxşı ssenari" nominasiyasında “Oskar mükafatına namizəd olur. “Böyük Kanyon” filmi isə ona Berlin kinofestivalında “Qızıl ayı” mükafatı qazandırır. “İndiana Cons: İtirilmiş mücrünün axtarışında” filminə yazdığı ssenariyə görə "ən yaxşı ssenari" kateqoriyasında “Saturn” mükafatı ilə təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%B7%D0%B4%D0%B0%D0%BD,_%D0%9B%D0%BE%D1%83%D1%80%D0%B5%D0%BD%D1%81

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç